Bakı. 22 avqust. REPORT.AZ/ İtaliyanın Cenoa şəhərində avtomobil körpüsünün dağılmasını şəhər kameralarına düşüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, görüntülərdə hadisə zamanı körpüdə kommunal təsərrüfat işçiləri, bir neçə təmizləyici maşın olduğu, eyni zamanda digər nəqliyyat vasitələrinin fəal hərəkəti müşahidə olunur.
Ötən çərşənbə axşamı günorta saatlarına yaxın Cenoadan keçən A10 avtomobil yolu üzərindəki körpünün əsas sütunlarından biri və onun böyük hissəsi anbarlar və dəmir yolunun üzərinə dağılıb. Qəza zamanı körpüdə 30-dan çox maşın olub.
Rəsmi məlumatlara görə, 43 nəfər faciənin qurbanı olub. Şəhər orqanlarının məlumatlarına görə, xəstəxanalarda 9 yaralı var ki, onlardan 8-i ağır vəziyyətdədir.