İtaliyada körpünün uçması nəticəsində iki nəfər ölüb - VİDEO

İtaliyada körpünün uçması nəticəsində iki nəfər ölüb - VİDEO Hadisə ölkənin şimal-şərqində baş verib
Digər ölkələr
10 Mart , 2017 05:20
İtaliyada körpünün uçması nəticəsində iki nəfər ölüb - VİDEO

Bakı. 10 mart. REPORT.AZ/ İtaliyanın şimal-şərqində yerləşən Ankona şəhəri yaxınlığında avtomobil yolunun bir hissəsi olan körpü uçub.

"Report" xəbər verir ki, körpünün altından da "A14" avtomobil yolu keçdiyindən dağıntılar düz maşınlardan birinin üzərinə tökülüb.

Hadisə zamanı maşında olan iki nəfər ölüb. Bundan əlavə, Rumıniyadan olan daha iki nəfər yaralanıb.

Hazırda körpü və yol ilə avtomobillərin hərəkəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi