İtaliyada koronavirusdan ölüm və yoluxma azalır

İtaliyada koronavirusdan ölüm və yoluxma azalır İtaliyada son bir gün ərzində daha 333 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
727
27 Aprel , 2020 20:08
İtaliyada koronavirusdan ölüm və yoluxma azalır

İtaliyada son bir gün ərzində daha 333 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 26 977 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 739 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 199 414-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 66 624 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi