İtaliyada koronavirusdan ölənlərin sayı 27 mini, yoluxma isə 200 mini ötdü

İtaliyada koronavirusdan ölənlərin sayı 27 mini, yoluxma isə 200 mini ötdü İtaliyada son bir gün ərzində daha 382 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
315
28 Aprel , 2020 20:03
İtaliyada koronavirusdan ölənlərin sayı 27 mini, yoluxma isə 200 mini ötdü

İtaliyada son bir gün ərzində daha 382 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 27 359 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 2 091 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 201 505-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 68 941 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi