İtaliyada koronavirusa yoluxma və ölüm azalır

İtaliyada koronavirusa yoluxma və ölüm azalır İtaliyada son bir gün ərzində daha 236 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
5 May , 2020 20:23
İtaliyada koronavirusa yoluxma və ölüm azalır

İtaliyada son bir gün ərzində daha 236 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 315 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 075 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 213 013-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 85 231 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi