İtaliyada koronavirusa yoluxanların və ölənlərin sayı artdı

İtaliyada koronavirusa yoluxanların və ölənlərin sayı artdı İtaliyada koronavirusa yoluxanların sayı 1 000 nəfəri ötüb.
Digər ölkələr
1374
29 Fevral , 2020 22:04
İtaliyada koronavirusa yoluxanların və ölənlərin sayı artdı

İtaliyada koronavirusa yoluxanların sayı 1 000 nəfəri ötüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidmətinin rəhbəri Anjelo Borelli bildirib.

O, qeyd edib ki, ölkədə 29 nəfər koronavirusun qurbanı olub. 

"Pozitiv xəbərlərdən başlayaq - 4 xəstəmiz sağalıb, onlar Liquriyadandır. İndi koronavirusa yoluxmuş 1 049 xəstəmiz var. Virusa yoluxmuş 29 nəfər öldü, 50 nəfər sağaldı”, - o mətbuat konfransında deyib.

Daha əvvəl İtaliyada 21 nəfərin virusdan öldüyü, 821 nəfərin yoluxduğu bildirilirdi.

Anjelo Borellinin sözlərinə görə, koronavirusa yoluxanlardan 52%-i ev şəraitində ətrafdan təcrid ediliblər. 

Son xəbərlər

Orphus sistemi