İtaliyada koronavirus qurbanlarının sayı 200-ü ötdü

İtaliyada koronavirus qurbanlarının sayı 200-ü ötdü İtaliyada bir gün ərzində koronavirusa yoluxanların ümumi sayı 1,2 min nəfər artaraq 5,8 min nəfərə çatıb.
Digər ölkələr
7 Mart , 2020 22:51
İtaliyada koronavirus qurbanlarının sayı 200-ü ötdü

İtaliyada bir gün ərzində koronavirusa yoluxanların ümumi sayı 1,2 min nəfər artaraq 5,8 min nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ölkədə 223 nəfər infeksiyanın qurbanı olub.

A.Borrellinin sözlərinə görə, bir gün ərzində 36 nəfər koronavirusdan ölüb.

Ötən gün ölkədə virusa 800 nəfər yoluxub. Cümə gününə olan məlumata görə, İtaliyada 4 636 nəfərə koronavirus diaqnozu qoyulub. 

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 99 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi