İtaliyada hava limanlarında təhlükəsizlik yoxlanışı sərtləşib

İtaliyada hava limanlarında təhlükəsizlik yoxlanışı sərtləşib Bu addım Rusiya təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq çərçivəsində atılıb
Digər ölkələr
6 Noyabr , 2015 12:24
İtaliyada hava limanlarında təhlükəsizlik yoxlanışı sərtləşib

Bakı. 6 noyabr. REPORT.AZ/ İtaliya hökuməti aviaşirkətləri reyslər zamanı təhlükəsizlik tədbirlərini daha da sərtləşdirməyə çağırıb. "Report"un "Qazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, artıq Mülki Aviasiya İdarəsinin istəyi əsasında daşıyıcılar aeroportlarda təhlükəsizlik tədbirləri məqsədilə yoxlamaları sərtləşdirib.

Bu addım Rusiyanın "A321" təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğraması ilə bağlı aparılan istintaq çərçivəsində atılıb.

Qeyd edək ki, ABŞ hökuməti də ölkə xaricindən gələn reyslərdə təhlükəsizlik tədbirlərinin artırılması və sərtləşdirilməsi variantını nəzərdən keçirir.

Son xəbərlər

Orphus sistemi