İtaliyada gün ərzində koronavirusdan 800-ə yaxın insan öldü

İtaliyada gün ərzində koronavirusdan 800-ə yaxın insan öldü Son bir gün ərzində İtaliyada koronavirus qurbanlarının sayı rekord həddə çatıb.
Digər ölkələr
3515
21 Mart , 2020 21:29
İtaliyada gün ərzində koronavirusdan 800-ə yaxın insan öldü

Son bir gün ərzində İtaliyada koronavirus qurbanlarının sayı rekord həddə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, son gün ərzində ölkədə 793 nəfər ölüb, təxminən 5 000 nəfər virusa yoluxub. 

Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib ki, bu, epidemiyanın başlanğıcından indiyə kimi ölkədə yeni antirekorddur.

“Təəssüf ki, bu gün bizdə 793 ölü var. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 681 nəfər təşkil edir. Ötən günlə müqayisədə virusa yoluxanların sayı 4 871 nəfər artıb. Sağalanların sayı 6 min nəfəri ötdü”, - deyə o bildirib. 

Son xəbərlər

Orphus sistemi