İtaliyada göyərtəsində turistlərin olduğu təyyarə qəzaya uğrayıb

İtaliyada göyərtəsində turistlərin olduğu təyyarə qəzaya uğrayıb Bakı. 16 avqust. REPORT.AZ/ İtaliyanın şimalında göyərtəsində turistlərin olduğu iki nəfərlik PA-18 təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
16 Avqust , 2018 14:42
İtaliyada göyərtəsində turistlərin olduğu təyyarə qəzaya uğrayıb

Bakı. 16 avqust. REPORT.AZ/ İtaliyanın şimalında göyərtəsində turistlərin olduğu iki nəfərlik "PA-18" təyyarəsi qəzaya uğrayıb. 

"Report" İtaliya KİV-lərinə istinadən xəbər verir ki, hadisə Trevizo şəhəri ərazisində qeydə alınıb.

Təyyarə havaya qalxarkən kabel qovşağına çırpılıb. O, yanaraq Pyava çayına düşüb. Nəticədə hər iki sərnişin ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər onların meyitini təyyarənin qalıqları altından tapıblar.  

Son xəbərlər

Orphus sistemi