​İtaliyada Əfqanıstan və İraqdan olan 70 miqrant xilas edilib

​İtaliyada Əfqanıstan və İraqdan olan 70 miqrant xilas edilib Onlar Santa-Mariya di Leuka limanına aparılıb
Digər ölkələr
1341
25 May , 2015 04:54
​İtaliyada Əfqanıstan və İraqdan olan 70 miqrant xilas edilib

Bakı. 25 may. REPORT.AZ/ İtaliyanın Sahil Mühafizə Xidmətinin əməkdaşları Əfqanıstan və İraqdan ölkənin cənub-şərq sahillərinə üz tutan 70 qeyri-leqal mühaciri xilas edib.

"Report" xəbər verir ki, tamamilə dolu gəmi ilə İtaliyaya getməyə çalışan insanlar iki katerlə Apuliya əyalətinin Santa-Mariya di Leuka limanına çatdırılıblar.

Xilas edilənlər arasında iki qadın və dörd yetkinlik yaşına çatmayan şəxs olub.

Ötən həftə Sahil Mühafizə Xidməti İtaliya ərazisinə keçmək istəyən 900-dən artıq qeyri-leqal miqrantın həyatını xilas edib.

Son xəbərlər

Orphus sistemi