İtaliyada bir gündə koronavirusdan 260 nəfər öldü

İtaliyada bir gündə koronavirusdan 260 nəfər öldü İtaliyada koronavirus qurbanlarının sayı 26 644 nəfərə çatıb.
Digər ölkələr
312
26 Aprel , 2020 21:05
İtaliyada bir gündə koronavirusdan 260 nəfər öldü

İtaliyada koronavirus qurbanlarının sayı 26 644 nəfərə çatıb.

“Report”un RİA "Novosti"yə istinadən məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bildirilir ki, son bir gündə ölkədə 260 nəfər COVID-19-dan ölüb.

Bu, martın 14-dən ən aşağı artımdır. Həmin gün 175 nəfərin virusdan öldüyü bildirilirdi. 

Son bir gündə ölkənin virusa yoluxan 1 808 sakini sağalıb. Beləliklə koronavirusdan sağalanların ümumi sayı 64 928 nəfərə çatıb.

Ölkədə epidemiya ərzində yoluxma hallarının ümumi sayı, ölənlər və sağalanlar da daxil olmaqla, 197 675 nəfər təşkil edib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi