İtaliyada bir gündə 610 nəfər koronavirusun qurbanı oldu

İtaliyada bir gündə 610 nəfər koronavirusun qurbanı oldu İtaliyada koronavirusa yoluxan 18 729 nəfər dünyasını dəyişib.
Digər ölkələr
680
9 Aprel , 2020 23:11
İtaliyada bir gündə 610 nəfər koronavirusun qurbanı oldu

İtaliyada koronavirusa yoluxan 18 729 nəfər dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu məlumatı İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli verib.

Onun sözlərinə görə, son 24 saat ərzində 610 nəfər pandemiyanın qurbanı olub.

Eyni zamanda, ölkədə virusa yoluxanların sayı 1 615 nəfər artaraq 96 877-yə çatıb.

Borelli əlavə edib ki, 28 470 nəfər koronavirusdan sağalıb. 

Son xəbərlər

Orphus sistemi