İtaliyada bina çöküb, ölənlər var - YENİLƏNİB

İtaliyada bina çöküb, ölənlər var - YENİLƏNİB İtaliyanın Qoritsiya şəhərində xilasedicilər çökmüş binanın dağıntıları altından üçüncü meyiti də çıxarıblar.
Digər ölkələr
20 İyun , 2019 15:09
İtaliyada bina çöküb, ölənlər var - YENİLƏNİB

İtaliyanın Qoritsiya şəhərində xilasedicilər çökmüş binanın dağıntıları altından üçüncü meyiti də çıxarıblar.

"Report" xəbər verir ki, bu barədə "La Pepubblica" qəzeti xilasetmə xidmətlərinə istinadən məlumat verib.


***12:20

İtaliyanın şimalındakı Qoritsiya şəhərinin mərkəzində ikimərtəbəli yaşayış binasında məişət qazının partlaması nəticəsində 2 nəfər ölüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinin jurnalistlərə bildirdiyinə görə, xilasedicilər çökmüş binanın dağıntılarının altından bir kişi və bir qadın meyiti çıxarıb. Xilasedicilər dağıntılar altında qaldığı güman edilən üçüncü şəxsin axtarışlarını davam etdirir.

Partlayışın baş verdiyi binada 3 mənzil olub və onlardan birində yaşayış olmayıb.

Hazırda hadisə yerində xüsusi texnika ilə təchiz edilmiş səkkiz yanğınsöndürmə briqadası və hadisənin bütün detallarını araşdıran karabinerlər işləyir.

Son xəbərlər

Orphus sistemi