Yuxarı

​İtaliyada baş vermiş partlayışda 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb

Hadisəyə səbəb qaz sızması olub

Bakı. 7 iyul. REPORT.AZ/ İtaliyada yaşayış evində baş vermiş partlayışda 3 nəfər ölüb. "Report" xəbər verir ki, hadisə ölkənin cənubundakı Lavello şəhərinin mərkəzində qeydə alınıb.

Partlayış zamanı daha iki nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. 

Partlayış nəticəsində şəhərin mərkəzindəki tarixi binanın damı uçub.

Hazırda hadisə yerində yanğınsöndürənlər və polis işləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi