Yuxarı
    Bağlamaq

    İtaliyada ABŞ-ın dinləmələri işi üzrə qalmaqal qızışır

    İtaliya Xarici İşlər Nazirliyi ABŞ səfirini təcili çağırtdırıb

    Bakı. 24 fevral. REPORT.AZ/ İtaliya Xarici İşlər Nazirliyi "WikiLeaks" saytının ABŞ xüsusi xidmət orqanlarının 2011-ci ildə keçmiş baş nazir Silvio Berluskoninin telefon danışıqlarının dinləməsi iddiası əsasında ABŞ-ın ölkədəki səfirini təcili çağırtdırıb.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ştatların İtaliyadakı səfiri Con Fillips "Respublika" qəzeti və "Espresso" həftəlik jurnalında dərc olunan informasiyadan riqqətə gələn hökumətin tələbiylə Xarici İşlər Nazirliyinə çağırılıb.

    İtaliya XİN-in baş katibi Mikele Valensize Fillipsə İtaliya hökumətinin ən qısa zamanda vəziyyəti aydınlaşdırmaqla bağlı tələbini çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi