İtaliyada 23 il axtarışda olan mafiya rəhbəri saxlanılıb

İtaliyada 23 il axtarışda olan mafiya rəhbəri saxlanılıb ​Cüzeppe Corci 1994-cü ildən hüquq-mühafiqə orqanlarından gizlənib
Digər ölkələr
2 İyun , 2017 22:30
İtaliyada 23 il axtarışda olan mafiya rəhbəri saxlanılıb

Bakı. 2 iyun. REPORT.AZ/ İtaliyada "Ndranqeta" mafiyasının rəhbərlərindən biri olan Cüzeppe Corci saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "La Stampa" nəşri yazıb.

Xəbərdə bildirilir ki, o, 1994-cü ildən hüquq-mühafiqə orqanlarından gizlənib. İndi onu beynəlxalq narkotik ticarətinə görə 28 il 9 ay azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nəşr yazır ki, cinayətkar San-Luka kommunasındakı şəxsi evində saxlanılıb. O, evdəki xüsusi bunkerdə gizlənirmiş.

Qeyd edək ki, Cüzeppe Corci İtaliyanın axtarışda olan 5 ən təhlükəli cinayətkarından biridir.

Son xəbərlər

Orphus sistemi