İtaliyada 197 nəfər koronavirusdan öldü

İtaliyada 197 nəfər koronavirusdan öldü İtaliyada son dörd gün ərzində 49 nəfər koronavirusdan dünyasını dəyişib.
Digər ölkələr
6 Mart , 2020 21:50
İtaliyada 197 nəfər koronavirusdan öldü

İtaliyada son dörd gün ərzində 49 nəfər koronavirusdan dünyasını dəyişib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidmətinin rəhbəri Anjelo Borelli bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 197 nəfərə çatıb.

“Dünyasını dəyişənlər 62 - 95 yaş arasıdır. Onların səhhətində problemlər mövcud olub. Gün ərzində ümumi yoluxma hallarının sayı demək olar ki, 800 nəfər artaraq 4 636 nəfərə çatıb.

Bu rəqəmə ölənlər və sağalanlar da daxildir. Virusa yoluxanların 109 nəfəri sağalıb. Ümumilikdə 523 nəfər müalicə aldıqdan sonra sağalaraq evə göndərilib” - deyə, Borrelli əlavə edib. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 714-ə çatıb. Bunların 55 995 nəfəri sağalıb, 3 412 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi