İtaliyada 130 sərnişin funikulyorda qalıb

İtaliyada 130 sərnişin funikulyorda qalıb Qaldırıcı mexanizmdə qalmış insanların təxliyə əməliyyatı başlayıb
Digər ölkələr
24 Dekabr , 2016 20:34
İtaliyada 130 sərnişin funikulyorda qalıb

İtaliyanın Valle-d-Aosta vilayətində təxminən 130 nəfərə yaxın insan 2 mindən çox hündürlükdə yerləşən funikulyorda qalıb.

"Report" xəbər verir ki, bu barədə "La Stampa" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Çerviniyanın məşhur kurortunda baş verib. Qaldırıcı mexanizmin güclü küləyə görə dayandığı bildirilir. 

"Cervino Spa" şirkətinin rəhbəri bildirib ki, qaldırıcı mexanizmdə qalmış insanların təxliyə əməliyyatı başlayıb. Onun sözlərinə görə, sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur. 

Son xəbərlər

Orphus sistemi