İtaliyada 120 həkim koronavirusdan ölüb

İtaliyada 120 həkim koronavirusdan ölüb İtaliyada pandemiyanın qurbanı olan həkimlərin sayı açıqlanıb.
Digər ölkələr
15 Aprel , 2020 16:27
İtaliyada 120 həkim koronavirusdan ölüb

İtaliyada pandemiyanın qurbanı olan həkimlərin sayı açıqlanıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İtaliya Həkimlərinin “Fnomceo” Milli Federasiyası yayıb.

Qurumun prezidenti Filippo Annelli bildirib ki, ölkə üzrə yoluxanların 10 faizini həkimlər təşkil edir. “Artıq onlardan 120 nəfəri pandemiyanın qurbanı olub. Biz həkimlərimizin yalın əllə koronavirusa qarşı mübarizəyə göndərilməsinə icazə verməyəcəyik. Bu, qeyri-bərabər döyüş bizə, vətəndaşlara və bütövlükdə ölkəmizə zərbə vurur”.

Qeyd edək ki, İtaliyada pandemiyadan ölənlərin sayı 21 067-yə, yoluxanların sayı isə 162 488-ə yüksəlib.

İngilis versiyası Italy loses 120 doctors

Son xəbərlər

Orphus sistemi