Yuxarı

İtaliya və Hollandiya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyət müddətlərini yarı bölmək barədə razılığa gəliblər

Əldə olunmuş razılışmaya əsasən, 2017-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü İtaliya, 2018-ci ildə isə Hollandiya olacaq

Bakı. 29 iyun. REPORT.AZ/ 2017-2018-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliklərini irəli sürmüş İtaliya və Hollandiya səsvermənin beş mərhələsindən sonra iki illik üzvlük müddətini yarı bölmək barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, əldə olunmuş razılışmaya əsasən, 2017-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü İtaliya, 2018-ci ildə isə Hollandiya olacaq.

Səsvermə zamanı ölkələr hərəyə 95 səs qazanıb.

Qeyd edək ki, 2017-2018-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının digər qeyri-daimi üzvləri Qazaxıstan, Boliviya, Efiopiya və İsveç seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi