İtaliya və ABŞ prezidentlərinin görüşündə miqrant böhranı müzakirə olunub

İtaliya və ABŞ prezidentlərinin görüşündə miqrant böhranı müzakirə olunub Görüşdə miqrant böhranının Avropaya, o cümlədən İtaliyaya təsiri də müzakirə olunub
Digər ölkələr
9 Fevral , 2016 04:17
İtaliya və ABŞ prezidentlərinin görüşündə miqrant böhranı müzakirə olunub

Bakı. 9 fevral. REPORT.AZ/ İtaliya Prezidenti Sergio Mattarella ilə ABŞ Prezidenti Barak Obama arasında keçirilmiş görüşdə dünyanı maraqlandıran aktual problemlər diqqət mərkəzində olub. İtaliyanın xarici işlər naziri Paolo Centilonin də iştirak etdiyi görüşdə xüsusilə beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlığın genişləndirilməsi və qaçqın böhranının həllində birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Barak Obama Mosul şəhərindəki su bəndinin təmiri ilə bağlı önəmli bir missiyanı üzərinə götürdüyü üçün İtaliya hökumətinə minnətdarlığını bildirib. Vurğulayıb ki, İtaliya təhlükəsizliyin bərqərar olunması üçün İraqda həyata keçirilən tədbirlərə fəal dəstək verir.

İtaliyanın dövlət başçısı İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə ölkəsinin önəmli rol oynadığını bildirib. Qeyd edib ki, İtaliya ilə ABŞ arasındakı sıx əməkdaşlıq yeni çağırışlarla üzləşmək, sülhün və insan haqlarının düşmənləri olanlarla mübarizə aparmaq gücü verir. O deyib: “Dünyada hökm sürən dramatik problemləri həll və sabitliyi, təhlükəsizliyi təmin etmək üçün Transatlantik Alyans çərçivəsində bizim əməkdaşlığımız olduqca önəmlidir”.

Görüşdə miqrant böhranının Avropaya, o cümlədən İtaliyaya təsiri də müzakirə olunub. ABŞ Prezidenti müvafiq məsələnin təkcə Avropanın deyil, bütövlükdə Transatlantik Alyansın problemi olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi