İtaliya Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq niyyətindədir

İtaliya Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq niyyətindədir Bakı. 28 dekabr. REPORT.AZ/ İtaliya hökuməti Yəməndəki müharibə və İstanbulda səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı yaxın vaxtlarda Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq niyyətindədir.
Digər ölkələr
28 Dekabr , 2018 17:09
İtaliya Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq niyyətindədir

Bakı. 28 dekabr. REPORT.AZ/ İtaliya hökuməti Yəməndəki müharibə və İstanbulda səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı yaxın vaxtlarda Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq niyyətindədir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu 2018-ci ilin yekunlarına həsr olunan mətbuat konfransı zamanı Baş nazir Cuzeppe Konti bildirib.

“Bu məsələnin gündəmdə olduğunu təsdiq edirəm. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini araşdırır, müdafiə naziri, xarici işlər naziri və Baş nazirin müavini Luici di Mayo ilə düşünüb-daşınırıq. O da bir sıra dosyalara böyük maraq göstərir. Tezliklə məsələyə dair qənaətə varacağıq”, - deyə hökumət başçısı qeyd edib.

Baş nazir həmçinin ayın əvvəlindəki G-20 zirvə görüşü zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla söhbətində jurnalistin qətlə yetirilməsilə bağlı tam həqiqəti üzə çıxardaraq beynəlxalq hüquq normaları əsasında məsələyə dair hərtərəfli məhkəmə istintaqının aparılmasını Avropa dövlətləri adından tələb etdiyini dilə gətirib.

“Yaxın həftələr ərzində qərar verəcəyik. Silah satmağa tərəfdar deyilik, bu qərarı, sadəcə, rəsmi çərçivəyə salmaq qalır”, - deyə İtaliya hökumət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi