Yuxarı

​İtaliya senatı Holokost soyqırımı ilə bağlı sənəd təsdiqləyib

Bu qanun layihəsinə əsasən insanlığa qarşı törədilən cinayətlərin inkar edilməsi cinayət hərəkəti sayılacaq

Bakı. 13 fevral. REPORT.AZ/ İtaliya Senatı Holokost soyqırımının inkarının cinayət hərəkəti olması ilə bağlı qanun layihəsini təsdiqləyib.

"Report" İtaliyanın "The Local" agentliyinə istinadən xəbər verir ki, bu sənədin lehinə 234, əleyhinə 3 senator səs verib. 8 senator bitərəf qalıb.

Bu qanun layihəsinə əsasən insanlığa qarşı törədilən cinayətlərin inkar edilməsi cinayət hərəkəti sayılacaq.

Xatırladaq ki, sənəd İtaliya parlamentinin Aşağı Palatasında təsdiqləndikdən sonra qüvvəyə minəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi