Yuxarı

​İtaliya sahillərində qayıq batıb: 41 ölü

Hadisə nəticəsində 4 nəfər xilas edilib

Bakı. 16 aprel. REPORT.AZ/ Aralıq dənizində qayığın qəzaya uğraması nəticəsində 41 nəfər bataraq dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında bildirilir.

Qeyd olunur ki, dənizdə batanlar İtaliya sahillərinə çatmağa can atan qanunsuz miqrantlar olublar. Məlumata görə, xilas edilən 4 nəfər Siciliya limanına aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi