İtaliya Rusiyaya qarşı sanksiyaların müddətinin artırılmasının əleyhinə çıxış edir

İtaliya Rusiyaya qarşı sanksiyaların müddətinin artırılmasının əleyhinə çıxış edir Paolo Centiloni: "Bu məsələnin gələcəkdə həllinə mane ola bilər"
Digər ölkələr
7 Mart , 2015 12:47
İtaliya Rusiyaya qarşı sanksiyaların müddətinin artırılmasının əleyhinə çıxış edir

Bakı. 7 mart. REPORT.AZ/ İtaliya Rusiyaya qarşı iyul ayına qədər qüvvədə olan sanksiyaların avtomatik uzadılmasının əleyhinə çıxış edir. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri Paolo Centiloni bildirib.   

"İtaliyanın mövqeyi ondan ibarətdir ki, Minsk razılaşması mövcuddur və istənilən yolla monitorinq missiyasının rolunu gücləndirmək lazımdır. Sanksiyalarla təzyiq yararlıdır, lakin hazırda onların avtomatik şəkildə uzadılması haqqında düşünmək olmaz", - o qeyd edib. 

İtaliya XİN rəhbərinin fikrincə, bu məsələnin gələcəkdə həllinə mane ola bilər.

Son xəbərlər

Orphus sistemi