İtaliya qüvvələri Liviya sahillərində 4400 miqrantı xilas edib

İtaliya qüvvələri Liviya sahillərində 4400 miqrantı xilas edib Cari il ərzində 100 mindən çox insan Aralıq dənizi vasitəsilə İtaliyaya keçə bilib
Digər ölkələr
23 Avqust , 2015 20:14
İtaliya qüvvələri Liviya sahillərində 4400 miqrantı xilas edib

Bakı. 23 avqust. REPORT.AZ/ İtaliyanın sahil mühafizəçiləri bildirib ki, bu gün İtaliya qüvvələri 20-dən çox gəmidən kömək istəyi alandan sonra Liviya sahillərində detallı axtarışdan sonra 4 min 400 miqrantı xilas edə bilib.

"Report"un Amerikanın səsinə istinadən verdiyi məlumata görə, İtaliya müntəzəm olaraq oxşar xilas əməliyyatları həyata keçirərək yüzlərlə miqrantı öz sahillərinə çıxarsa da, son əməliyyatın miqyası misli görünməyən dərəcədə geniş olub.

Qeyd edək ki, cari il ərzində 100 mindən çox insan Aralıq dənizi vasitəsilə İtaliyaya keçə bilib.

Avropaya keçmək ümidi ilə yola çıxan 2300 insan isə dünyasını dəyişib. 2014-cü il ərzində isə bu rəqəm 3279 olub.

Son xəbərlər

Orphus sistemi