İtaliya qarışıq seçki sisteminə keçir

İtaliya qarışıq seçki sisteminə keçir Qanun ölkə parlamentinin Aşağı Palatasında qəbul olunub
Digər ölkələr
13 Oktyabr , 2017 19:42
İtaliya qarışıq seçki sisteminə keçir

Bakı. 13 oktyabr. REPORT.AZ/ İtaliya parlamentinin Aşağı Palatası yeni seçki sistemi haqqında qanuna səs verib.

“Report” dw-yə istinadən xəbər verir ki, yeni seçki sisteminin lehinə 375, əleyhinə isə 215 deputat səs verib.

Tətbiq olunacaq yeni sistem qarşıq seçki sistemi olacaq. Belə ki, Aşağı Palatanın 386 üzvü partiya siyahısı, yəni proporsional, 225-i isə dairə üzrə, yəni majoritar qaydada seçiləcək.

Bu islahat son 20 ildə İtaliyanın siyasi sistemində sabitlik yaratmaq üçün edilən 4-cü cəhddir. 1993, 2005 və 2015-ci illərdə ölkənin seçki sistemində dəyişiklik edilib.

Qeyd edək ki, seçki sistemində bu islahatın aparılması təklifini deputat Ettore Rozata təqdim edib. Ona görə də bu sənəd “Rosatellum” adlanır.

Son xəbərlər

Orphus sistemi