​İtaliya İrana 2 mlrd. ABŞ dolları investisiya yatırmaq fikrindədir

​İtaliya İrana 2 mlrd. ABŞ dolları investisiya yatırmaq fikrindədir Söhbət sənaye və tikinti sahələrindəki layihələrdən gedir
Digər ölkələr
5 Avqust , 2015 20:31
​İtaliya İrana 2 mlrd. ABŞ dolları investisiya yatırmaq fikrindədir

Bakı. 5 avqust. REPORT.AZ/ Tehranda İtaliya və İran rəsmilərinin danışıqlarının nəticəsi olaraq anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.

"Report"un "PressTV"yə istinadən verdiyi xəbərə görə, bu əməkdaşlıq çərçivəsində İtaliya İranda layihələrin həyata keçirilməsi və sığortalanmasına 2 mlrd. dollard vəsait ayıracaq.

Avropa dövləti tərəfindən sənəd "Mediobanca" investisiya bankının nümayəndəsi tərəfindən imzalanıb. Kredit təşkilatında hesab edirlər ki, memorandum ölkələr arasında iqtisadi və ticarət münasibətlərini yaxşılaşdırmağa imkan yaradacaq.

Söhbət sənaye və tikinti sahələrindəki layihələrdən gedir. İran tərəfinin verdiyi məlumata görə, sanksiyalar rejiminin tətbiqindən öncə İtaliya və İran arasında ticarət dövriyyəsi ildə 7 mlrd. dollar təşkil edirdi, sonra isə bu göstərici 1,5 mlrd. dollaradək aşağı düşdü.

İran ekspertləri yaxın 4 il ərzində İtaliyadan idxalın 3,3 mlrd. dollar təşkil edəcəyinə ümid edir. 

Son xəbərlər

Orphus sistemi