​İtaliya ötən gün ərzində 3,5 min miqrantı xilas edib

​İtaliya ötən gün ərzində 3,5 min miqrantı xilas edib Onların əksəriyyəti Liviya qaçqınlarıdır
Digər ölkələr
3 May , 2015 23:04
​İtaliya ötən gün ərzində 3,5 min miqrantı xilas edib

Bakı. 3 may. REPORT.AZ/ İtaliya Sahil Mühafizə Xidmətinin gəmiləri şənbə günü 3 min 427 miqrantı batmaq təhlükəsindən xilas edib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə sahil mühafizəsinin nümayəndəsi məlumat verib.

Məlumata görə, Afrika ölkələri və Yaxın Şərqdən olan qaçqınlar üç gəmidə İtaliya sahillərinə keçmək niyyətində olublar.

Miqrantların əksəriyyəti silahlı münaqişədən əziyyət çəkən Liviya qaçqınlarıdırlar.

Avropa sahillərində keşik çəkmək və qaçqınları xilas etmək barədə qərar aprelin 23-də Avropa İttifaqının sammitində qəbul olunub.

Son xəbərlər

Orphus sistemi