İtaliya G7-nin xüsusi geniş tərkibli iclasını çağırır

İtaliya G7-nin xüsusi geniş tərkibli iclasını çağırır İclasda "yeddilik" ölkələrinin XİN başçılarından savayı, Yaxın Şərq ölkələrinin nazirləri də iştirak edəcək
Digər ölkələr
10 Aprel , 2017 10:30
İtaliya G7-nin xüsusi geniş tərkibli iclasını çağırır
Grist

Bakı. 10 aprel. REPORT.AZ/ İtaliyanın xarici işlər naziri Ancelino Alfano Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və Qətərin xarici işlər nazirlərinin iştirakı ilə "Yeddilər qrupu"nun Suriya məsələsi üzrə nazirlər səviyyəsində geniş tərkibli görüşünü çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, iclas sabah səhər keçiriləcək.

İclasda "yeddilik" ölkələrinin (ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) XİN başçılarından savayı, Yaxın Şərq ölkələrinin nazirləri də iştirak edəcək.

G7-nin iclası Lukka şəhərində keçiriləcək və Suriya nizamlanması mövzusunun iclasın ən aktual məsələsi olacağı gözlənilir.

İclasla əlaqədar İtaliya hökuməti Toskana vilayətinin şimalında xüsusi təhlükəsizlik tədbirləri həyata keçirib.

Son xəbərlər

Orphus sistemi