İtaliya baş naziri xəstəxanaya yerləşdirilib

İtaliya baş naziri xəstəxanaya yerləşdirilib İtaliya hökumət başçısı əməliyyat olunub
Digər ölkələr
11 Yanvar , 2017 12:48
İtaliya baş naziri xəstəxanaya yerləşdirilib

Bakı. 11 yanvar. REPORT.AZ/ İtaliya baş naziri Paolo Centiloni Paris səfərindən qayıtdıqdan sonra özünü narahat hiss etməsini bildirdiyinə görə, xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, İtaliya hökumət başçısı dünən Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla görüşüb.

Romaya qayıtdıqdan sonra P.Centilioni yüngül narahatlıq hiss edib və onu İtaliya paytaxtındakı ən yaxşı xəstəxanalardan olan "Gemelli"yə yerləşdiriblər. Burada həkimlər baş nazirin daralmış və ya tutulmuş periferik damarların bərpası üzrə kiçik əməliyyata - angioplastikaya ehtiyac duyduğu qənaətinə gəlib.

Qeyd olunur ki, hökumət başçısının sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi