Bakı. 16 fevral. REPORT.AZ/ Ötən gün İtaliyanın xilasetmə xidmətləri Liviyadan olan 2164 nəfər emiqrantı xilas edib.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, 12 qayıqda olan qaçqınlar Liviya sahili ilə İtaliyanın Lampeduza adası arasında aşkar ediliblər.
Miqrantlar yaxınlıqdakı gəmilər, həmçinin hərbi gəmi vasitəsilə sahilə çatdırılıb.