Yuxarı

İsveçrədə yüksək terror təhlükəsi elan olunub

Qeyri-stabil vəziyyət bütün dünyada qalmaqdadır

Bakı. 29 avqust. REPORT.AZ/ İsveçrədə yüksək terror təhlükəsi səviyyəsi elan olunub.

"Report" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gi Parmelen məlumat verib.

"Hətta bu yay baş verən terror aktlarına qədər (Fransa, Belçika, Almaniya və digər ölkələrdə, – red.) bütün araşdırmalar artan təhlükədən xəbər verirdi. Bu, həm də təsadüf nəticəsində eyni vaxtda həmin yerdə olmayan nümayəndəliklərimiz və hətta həmvətənlərimizin təhlükəsizliyini təmin etmək bizim borcumuzdur", - deyə o bildirib.

Parmelen, həmçinin qeyd edib ki, qeyri-stabil vəziyyət təkcə İsveçrədə deyil, bütün dünyada qalmaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi