Bakı. 26 dekabr. REPORT.AZ/ Alp dağlarının İsveçrə ərazisinə düşən hissəsində baş verən qar uçqunu nəticəsində 3 alpinist ölüb.
“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.
Hadisə Vipptal vadisində qeydə alınıb.
Bundan əlavə, xəsarət alan daha 3 alpinist xilasedicilər tərəfindən zamanında aşkar edilərək xəstəxanaya yerləşdirilib.
Ərazidə digər alpinistlərin də ola biləcəyi istisna edilmir.