Yuxarı

​İsveçrədə naməlum şəxs qatarda 7 nəfəri bıçaqlayıb

O, daha sonra vaqonda yanğın törədib

Bakı. 13 avqust. REPORT.AZ/ İsveçrənin şimal-şərqində yerləşən Sankt-Qallen kantonunda bıçaqla silahlanmış şəxs qatarda sərnişinlərə hücum edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, daha sonra vaqonda yanğın törədib.

İnsident nəticəsində biri 6 yaşlı uşaq olmaqla 7 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs də, xəstəxanaya göndərilib. İsveçrəlinin 27 yaşının olduğu bildirilir. Onun şəxsiyyəti barədə əlavə məlumat verilmir.

Hazırda polis ərazidə əməliyyat aparır. Havaya təcili xidmət vertolyotları qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi