İsveçrədə məsciddə ibadət edənlər atəşə tutulub, 3 nəfər yaralanıb

İsveçrədə məsciddə ibadət edənlər atəşə tutulub, 3 nəfər yaralanıb Hadisə Surix şəhərində baş verib
Digər ölkələr
20 Dekabr , 2016 04:21
İsveçrədə məsciddə ibadət edənlər atəşə tutulub, 3 nəfər yaralanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ İsveçrənin Surix şəhərindəki məscidlərdən birində naməlum şəxs ibadət edənlərə atəş açıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisə nəticəsində 3 kişi ağır yaralanıb.

Hazırda polis hadisə yerindən qaçan şəxsi axtarır.

Bundan əlavə, hadisənin baş verdiyi islam mərkəzi yaxınlığında bir kişi meyiti tapılıb. Hazırda bu məlumatın məsciddə baş verən hadisə ilə bağlılığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi