Qərbi Avropanın daha bir ölkəsində koronavirusa yoluxmuş şəxs ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrədə ilk koronavirusdan ölüm hadisəsi qeydə alınıb.
Bildirilib ki, ölən 74 yaşlı qadındır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 84 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 606-ə çatıb. Bunların 53 697 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.