İsveçrədə koronavirusa yoluxanların sayı 27,4 mini ötdü

İsveçrədə koronavirusa yoluxanların sayı 27,4 mini ötdü İsveçrədə daha 326 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Digər ölkələr
18 Aprel , 2020 16:00
İsveçrədə koronavirusa yoluxanların sayı 27,4 mini ötdü

İsveçrədə daha 326 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” xəbər verir ki, bunu Federal İctimai Səhiyyə Administrasiyası açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınmış yoluxmaların sayı 27 404-ə yüksəlib.

Bildirilib ki, ötən sutkada 52 nəfər koronavirusdan ölüb. Beləliklə, Mərkəzi Avropa ölkəsində virus qurbanlarının sayı 1 111-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 265 000-i ötüb. Bunların 581 382 nəfəri sağalıb, 154 903 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi