Yuxarı
    Bağlamaq

    İsveçrədə ilk dəfə "Facebook"da "layk"a görə cərimə kəsilib

    Sürixdə məhkəmə 45 yaşlı şəxsi təqsirkar bilərək onu 4 min frank məbləğində cərimə ödəməyə məcbur edib

    Bakı. 31 may. REPORT.AZ/ İsveçrə sakini "Facebook" sosial şəbəkəsində "layk"ladığı üçün ölkə tarixində ilk dəfə cərimələnib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, Sürixdə məhkəmə 45 yaşlı şəxsi təqsirkar bilərək onu 4 min frank (4,1 min dollar) məbləğində cərimə ödəməyə məcbur edib.

    "The Local Switzerland" nəşrinin məlumatına görə, adı açıqlanmayan isveçrəli 2015-ci ildə heyvanların müdafiəsi assosiasiyasının rəhbəri Ervin Kessleri irqçilik və antisemitizmdə ittiham edən fəalların şərhini "layk" edib.

    Bunun qarşılığında E.Kessler yalnız şərhin müəlliflərini yox, həm də onu bəyənənləri məhkəməyə verib və fikrini "layk"ların şərhləri təbliğ etməsi və daha çox istifadəçi üçün görünən hala gətirməsiylə izah edib.

    Hakim isə məhkəmə zalında qeyd edib ki, "like" başqasının fikri ilə razılaşmaq anlamına gəlir və deməli, cavabdeh şəxs şərhdə yazılan təhqiramiz ifadələrlə razılaşıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi