Yuxarı

İsveçrədə böyük qəza baş verib: ölən və yaralananlar var

Fezenştaub tunelində dörd avtomobil, bir avtobus və bir turist qoşqusu toqquşub

Bakı. 15 oktyabr. REPORT.AZ/ İsveçrənin Şaffhauzen şəhərində böyük yol qəzası baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, on bir nəfər yaralanıb.

Polis əməkdaşının məlumatına görə, Fezenştaub tunelində dörd avtomobil, bir avtobus və bir turist qoşqusu toqquşub.

Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını gəlib, eləcə də helikopterdən istifadə edilir.

Hazırda yolun bu hissəsində hərəkət dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi