İsveçrədə atışma 7 nəfərin həyatına son qoyub

İsveçrədə atışma 7 nəfərin həyatına son qoyub Faciənin baş vermə səbəbinin dəqiq aydınlaşmayıb
Digər ölkələr
10 May , 2015 19:01
İsveçrədə atışma 7 nəfərin həyatına son qoyub

Bakı. 10 May. REPORT.AZ/ İsveçrədə ölkəni sarsıdan qanlı hadisə baş verib. Ölkənin şimalındakı Arqovi kantonunun Burenlingen şəhərində baş verən atışma 7 nəfərin həyatına son qoyub.

Yerli vaxtla saat 23-də qonşuların çağırışı ilə hadisə yerinə gələn polis qətlə yetirilən 7 nəfəri aşikar edib.

Kantonun polis rəsmisi faciənin baş vermə səbəbinin dəqiq aydınlaşdırılmadığını deyib. O, hadisənin iki qonşunun uşaqları arasında mübahisə zəmində baş verdiyinin, qatilin də həlak olanlar arasında olduğunun güman edildiyini bildirib.

Faktla bağlı çinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi