Yuxarı
    Bağlamaq

    ​İsveçrə XİN: Münasibətlərin normallaşması Ermənistan və Türkiyənin maraqlarına uyğundur

    Biz çox ümid edirik ki, proses davam etdiriləcək

    Bakı. 18 fevral. REPORT.AZ/ İsveçrə müəyyən çətinliklərə baxmayaraq, münasibətlərin normallaşdırılması üçün səy göstərməyi Ermənistan və Türkiyənin maraqlarına uyğun olduğuna inanır. "Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə XİN-in bəyanatına istinadən dərc edilən yazılarda xəbər verilir.

    "Bununla əlaqədar qeyd edək ki, 2009-cu il protokolları məlumatlılığı artırmaq üçün stimul yaradıb və iki ölkə cəmiyyətində mehriban qonşuluq əlaqələri qurmaq istəyini möhkəmləndirib. Biz çox ümid edirik, proses davam etdiriləcək", - qurumdan bildiriblər.

    Fevralın 16-da Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə ilə diplomatik münasibətlər haqqında Ermənistan-Türkiyə protokollarını geri çağırmaq qərarını verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi