​İsveçrəyə yağan güclü qar ölkəni iflic vəziyyətinə salıb

​İsveçrəyə yağan güclü qar ölkəni iflic vəziyyətinə salıb Güclü qar çoxsaylı yol qəzalarına, avtomobil tıxaclarına və təyyarə reyslərinin təxirə salınmasına səbəb olub
Digər ölkələr
29 Dekabr , 2014 08:36
​İsveçrəyə yağan güclü qar ölkəni iflic vəziyyətinə salıb
Bakı. 29 dekabr. REPORT.AZ/ İsveçrədə yağan güclü qar çoxsaylı yol qəzalarına, avtomobil tıxaclarına və təyyarə reyslərinin təxirə salınmasına səbəb olub.

"Report" xəbər verir ki, yerli polisin məlumatına görə, Sürix yaxınlığındakı Qubrist tunelində təqribən 15-20 avtomobil toqquşub, nəticədə 10 km-lik tıxac yaranıb.

Bu səbəbdən tunel iki saat müddətinə bağlanıb. Ümumilikdə şənbə və bazar günləri Bern kantonunda təqribən 60 qəza baş verib. Eyni sayda yol-nəqliyyat hadisəsi Sürixdə, təqribən 30 qəza isə Friburda qeydə alınıb.

Qəzalar nəticəsində 10-dan çox insan xəsarət alıb. Ötən bazar Cenevrə və Sürix hava limanlarında gərgin vəziyyət yaranıb.

Şənbə günü Cenevrədə həyata keçirilməli olan 620 reysdən cəmi 251-i reallaşdırılıb və təyyarələr orta hesabla bir saatlıq gecikmə ilə eniş edib.

Onlarla turist qonşu Fransanın dağ-xizək kurortlarına gedib çıxa bilməmələri səbəbindən gecəni hava limanında keçirməli olublar.

Son xəbərlər

Orphus sistemi