Yuxarı
    Bağlamaq

    İsveçli jurnalist Suriya-Türkiyə sərhədində itkin düşüb

    O, İŞİD-in nəzarəti altında olan Suriya ərazisinə keçmək istəyib

    Bakı. 21 fevral. REPORT.AZ/ İsveçli jurnalist Suriya-Türkiyə sərhədində itkin düşüb. "Report"un "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, itkin düşən şəxsin adı açıqlanmasa da, onun 30-a yaxın yaşının olduğu məlumdur. 

    O, İŞİD-in nəzarəti altında olan Suriya ərazisinə Türkiyənin Qaziantep şəhərindən keçmək istəyib. Dörd gündür isveçli jurnalistin harada olması barədə heç bir məlumat yoxdur. 

    İsveç XİN-in nümayəndəsi bu məlumatı şərh etməkdən imtina edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi