​İsveçin türk əsilli naziri vəzifədən azad edilib

​İsveçin türk əsilli naziri vəzifədən azad edilib Mehmet Kaplan türk "bozqurd"çular və islamçı dairələrlə görüşdüyü, habelə İsraili faşistlərə bənzətdiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb
Digər ölkələr
18 Aprel , 2016 15:35
​İsveçin türk əsilli naziri vəzifədən azad edilib

Bakı. 18 aprel. REPORT.AZ/ İsveçin koalisiya hökumətində Yaşıllar Partiyasını təmsil edən Mehmet Kaplan mənzil-kommunal məsələləri üzrə nazir vəzifəsindən azad edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Stefan Löfven aprelin 18-də keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, o, türk "bozqurd"çular və islamçı dairələrlə görüşdüyü, habelə İsraili faşistlərə bənzətdiyi üçün tutduğu vəzifədən azad edilib. Keçmiş nazir yerli KİV-ə müsahibəsində bildirib ki, İsrail fələstinlilərlə 1930-cu illərdə faşistlər yəhudilərlə davrandığı kimi davranır.

Qeyd edək ki, Mehmet Kaplan Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olması, bir milyon insanın öz ev-eşiyindən qaçqın düşməsi məsələsini İsveç parlamenti və ictimaiyyətinin diqqətinə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi