İsveçin müdafiə naziri partlayış təhlükəsinə görə təyyarədən evakuasiya edilib

İsveçin müdafiə naziri partlayış təhlükəsinə görə təyyarədən evakuasiya edilib Partlayış təhlükəsi barədə xəbər doğru çıxmayıb
Digər ölkələr
17 mart 2017 07:46
İsveçin müdafiə naziri partlayış təhlükəsinə görə təyyarədən evakuasiya edilib

Bakı. 17 mart. REPORT.AZ/ Göyərtəsində İsveçin müdafiə naziri Piter Hultkvistin də olduğu təyyarənin sərnişinləri partlayış təhlükəsinə görə, evakuasiya edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən gecə İsveçin Luleo şəhərindəki hava limanında meydana gəlib. Təyyarə artıq uçuş-enmə zolağında olarkən və uçmağa hazırlaşarkən onu saxlayıblar və sərnişinlər təxliyyə edilib. Sərnişinlər arasında İsveç müdafiə naziri də olub.

Sonradan polis partlayış təhlükəsi barədə xəbərin doğru olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi