Bakı. 19 iyun. REPORT.AZ/ İsveçin Malmö şəhərində baş verən atışmada ölənlərin sayı 2 nəfərə çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polisin press-relizində deyilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma zamanı yaralanmış daha 1 nəfər – 29 yaşlı kişi xəstəxanada ölüb. Daha əvvəl xəstəxanada 18 yaşlı yaralının öldüyü bildirilirdi.
Qeyd edək ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisəyə terror aktı kimi baxılır.
***02:28
İsveçin cənubundakı Malmö şəhərində baş verən atışmada yaralananlardan biri ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin polisi məlumat yayıb.
"Yaralananlardan biri – 18 yaşlı kişi xəstəxanada ölüb", - deyə mətbuat üçün açıqlamada bildirilir.
Hadisə yerli vaxtla saat 20:13-də baş verib. Xəstəxanaya 5 yaralı gətirilib. Atışmanın səbəbi hələ məlum deyil. Polis yaralıların şəxsiyyətini müəyyənləşdirir.
Hələlik hadisə ilə bağlı saxlanılanıların olması haqda xəbər yoxdur.
"Sydsvenskan" qəzetinin xəbərinə görə, hadisə şəhərin mərkəzində baş verib.