İsveçin Malmö şəhərində partlayış baş verib - VİDEO

İsveçin Malmö şəhərində partlayış baş verib - VİDEO İlkin məlumata görə, orada avtomobil partlayıb
Digər ölkələr
3031
27 May , 2017 01:16
İsveçin Malmö şəhərində partlayış baş verib - VİDEO
Foto:aftonbladet.se

Bakı. 27 may. REPORT.AZ/ İsveçin böyüklüyünə görə üçüncü şəhəri olan Malmödə partlayış baş verib.

"Report" Ren.tv-yə istinadən xəbər verir ki, yerli mətbuat orda avtomobilin partladığını məlumat verirlər.

İlkin məlumatlara görə, polis və xilasedicilər hadisə yerinə cəlb olunublar. Onlar partlayışın baş verdiyi ərazini mühasirəyə alıblar.

Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Avtomobilin dayanacaqda olduğu məlumdur. Ona partlayıcı qurğu qoyulub.

Son xəbərlər

Orphus sistemi