Bakı. 9 may. REPORT.AZ/ İsveçin baş naziri Osa Romson istefa verib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, baş nazir istefa qərarını Ətraf Mühiti Mühafizə ("Yaşıllar") Partiyasının seçki komissiyasının təklifindən sonra qəbul edib.
Komissiya Osa Ramsona partiyanın üzvlərinin də iştirak etdiyi silsilə qalmaqallar zamanı kifayət qədər dəstək vermədiyi üçün təşkilatın lideri vəzifəsindən istefa verməyi təklif edib.
"Partiyanın yeni lideri öz komandasını toplayacaq və sonrakı mərhələdə daha yaxşı işləmək məsələsini həll edəcək. Mən nazir postunda işimi başa çatdırıram" - deyə Romson bildirib.